Dəli kimi sevdim gözəl dəlini Əl verdim yandırdı yaxdı əlimi Seçib cümlələrin ən gözəlini Titrəyib söylədim sözümu sənə Sevdirə bilmədim özümü sənə...
Alışıb yanardım köz istəsəydin Bir nəğmə olardım söz istəsəydin Məni görmək üçün göz istəsəydin Kor qalıb verərdim gözümü sənə Sevdirə bilmədim özümü sənə...
Həsrəti vüsalı qoşa sevdirdim Üşüyən əlimi qışa sevdirdim Yalın ayağımı daşa sevdirdim Tanıda bilmədim izimi sənə Sevdirə bilmədim özümü sənə...
Alışıb yanardım köz istəsəydin Bir nəğmə olardım söz istəsəydin Məni sevmək üçün göz istəsəydin Kor qalıb verərdim gözümü sənə Sevdirə bilmədim özümü sənə...
|